Erməni qadın Amerikada zərgərlik mağazasını yarıb İrəvana qaçmaq istədi

23-05-2018, 18:22           
Erməni qadın Amerikada zərgərlik mağazasını yarıb İrəvana qaçmaq istədi
Kaliforniya polisi zərgərlik mağazasını soyub vətəninə qaçmaq istəyən 35 yaşlı Emma Pçakcyanı yaxalayıb.

Virtualaz.org yerli KİV-ə istinadən xəbər verir ki, mağaza sahibi kişi brilliant üzüyünü tapa bilməyib. Əvvəlcə onlar sadəcə inventarlaşdırma keçirmək istəyiblər. Amma Pçakcyan siyahıyaalmada iştirakdan imtina edib. Növbəti gün o mağazadakı işindən ayrılıb.

İnventarlaşdırma keçirildikdən sonra 250 min dollar çatışmazlıq aşkarlanıb. Zərgərlik mağazasının sahibi dərhal erməni qadından şübhələnib. Onun evində axtarış keçirilib. Evdən 70 min dollarlıq zərgərlik məmulatları tapılıb. 180 min dollarlıq qızıl-zinət əşyalarının isə izi-tozu yoxdur.

Pçakcyanın sözlərinə görə, həyat yoldaşı işini itirdikdən sonra o, oğurluğa əl atmalı olub. Bundan əlavə, erməni qadının mayın sonunda Ermənistana getmək niyyətində olduğu da məlum olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.