Putinin yeni “Kortej”i – TƏFƏRRÜAT

23-05-2018, 22:47           

“Aurus” brendindən olan “Kortej” avtomobil layihəsi Avropa bazarında ilk dəfə 2019-cu ildə, Cenevrə avtosalonunda təqdim olunacaq.

Oxu.Az xəbər verir ki, bununla bağlı şirkətin baş direktoru Frans Qerhard Xilqert məlumat verib.

“2020-ci ildə isə biz Yaxın Şərq və Asiya bazarına çıxacağıq”, – Xilqert əlavə edib.

Rusiya sənaye və ticarət naziri Denis Manturov bildirib ki, “Kortej” avtomobil layihəsi ən tezi 2020-ci ilin sonlarından ixraca başlayacaq.

Nazir deyib ki, “Aurus”un gələcək avtomobilləri tam elektrikli ola bilər.

“Kortej” layihəsi lüks ailə avtomobilidir. Qeyd edək ki, “Kortej” layihəsinin ilk avtomobili Rusiya prezidentinin inauqurasiya mərasimində təqdim olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru