Fransa prezidentinin Rusiyaya rəsmi səfəri başlayır

24-05-2018, 08:35           
Fransa prezidentinin Rusiyaya rəsmi səfəri başlayır
Fransa prezidenti Emmanuel Makron bu gün Rusiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, Fransa dövlət başçısını səfərdə bir sıra rəsmi şəxslər müşayiət edəcək. Makron rusiyalı həmkarı ilə Moskva və Paris arasındakı münasibətləri, Suriya münaqişəsini və Ukrayna məsələsini müzakirə edəcək.

Fransa prezidentinin rəsmi səfəri iki gün davam edəcək. O, həmçinin Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda da iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru