ABŞ-da yük avtomobili məktəbli avtobusuna çırpılıb, onlarla xəsarət alan var

24-05-2018, 08:41           
ABŞ-da yük avtomobili məktəbli avtobusuna çırpılıb, onlarla xəsarət alan var
ABŞ-da yük avtomobili məktəbli avtobusu ilə toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Viskonsin ştatında baş verib. Qəza zamanı 20 nəfər xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyətinin xəsarəti ağırdır.

Polis nümayəndəsinin sözlərinə görə, qəzadan əvvəl yük avtomobilinin nəqliyyat vasitəsini qeyri-adekvat idarə etməsi barədə xəbər daxil olub. Avtobus nasazlıq səbəbindən yolun kənarında dayanıb. Onun salonunda ümumilikdə 33 nəfər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru