KXDR Tramp - Kim Çen In görüşünün ləğvini ehtimal edir

24-05-2018, 08:47           
KXDR Tramp - Kim Çen In görüşünün ləğvini ehtimal edir
Şimali Koreyanın xarici işlər nazirinin müavini Çxve Son Xi bildirib ki, KXDR rəhbərliyi ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşünü ləğv edə bilər.

"Report"un məlumatına görə, bu barədə "ÇTAK" agentliyi xəbər verib.

"Əgər ABŞ bizim xoş niyyətimizi təhqir etsə və özünü əvvəlki kimi ağılsız aparsa, mən ali rəhbərliyə KXDR və ABŞ rəhbərlərinin sammitini təkrar nəzərdən keçirməyi təklif edəcəm", - deyə Çxve Son Xinin açıqlamasında bildirilir.

Koreyanın XİN rəhbərinin müavininin bu reaksiyasına ABŞ-ın vitse-prezidenti Mayk Pensin müsahibəsi səbəb olub. ABŞ rəsmisi müsahibəsində bildirib ki, əgər KXDR Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsinə tərəfdar çıxmasa, bu ölkədə Liviya ssenarisi təkrarlana bilər.

KXDR rəsmisinin fikrincə, bu bəyanat Pensi ağılsız, küt siyasətçi kimi xarakterizə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.