İranda daha bir zəlzələ baş verib - YENİLƏNİB

24-05-2018, 08:48           
İranda daha bir zəlzələ baş verib - YENİLƏNİB
İranda 3,9 bal gücündə zəlzələ baş verib.



APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.



Yerli vaxtla saat 06:54-da qeydə alınan yeraltı təkanların episentri Şuştər şəhərindən 22 km cənub-qərbdə, ocağı km dərinlikdə yerləşib.



Qeyd edək ki, bundan əvvəl İranın qərb bölgəsində 3,7-3,9 maqnitudalı üç yeraltı təkan qeydə alınıb.



Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.



***



00:16



İranın qərb bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib.



APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.



Yeraltı təkanların episentri Şuş şəhərindən 17 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.



Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru