Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”

24-05-2018, 16:51           

Rusiya Hesablama Palatasının yeni təyin olunmuş sədri, məşhur maliyyəçi Aleksey Kudrin bu gün işinə başlamış Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərək bildirib ki, yaxın 3 ildə neftin bir barrelinin 50 dollara qədər ucuzlaşması riskləri mövcuddur

"Russia Today” agentliyi xəbər verir ki, Kudrin bununla bağlı deyib: "Aydındır ki, neft hazırda bahadır və qiymət artımı başlayıb, ehtiyatlarımızı xərcləməyəcəyik, lakin bir ildən, iki-üç ildən sonra qiymət yenidən 50 dollara düşə bilər. Bu, ən böyük birinci riskdir”.

Xatırladaq ki, hazırda neftin 1 barrelinin qiyməti 80 dolar civarındadır.

Mayın 11-də "Bank of America” bəyanat verib ki, 2019-cu ilə qədər neftin qiyməti 100 dollara qədər bahalaşa bilər.

Eyni zamanda, ABŞ Energetika Nazirliyinin Energetika informasiya idarəsinin hesabatına əsasən, 2018 və 2019-cu illərdə "Brent” markalı neftin 1 barrelinin orta qiyməti müvafiq olaraq 71 və 66 dollar təşkil edəcək.(virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru