Kiyevdə saxlanılan azərbaycanlı idmançının kimliyi biliindi - FOTO

21-09-2015, 12:43           
Kiyevdə saxlanılan azərbaycanlı idmançının kimliyi biliindi - FOTO
Kiyevin "Borispol" aeroportunda saxlanılan azərbaycanlının kimliyi məlum olub.

Ukrayna Təhlüksəzilik Xidmətinin Borispol aeroportu üzrə bölməsindən APA-ya verilən məlumata görə, saxlanan şəxs 21 iyun 1986-cı ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Valeh Cavanşir oğlu Əmirəliyevdir.

O, Rusiyadan Ukraynaya gəlib, Türkiyəyə uçmaq istəyərkən saxlanılıb.

Rusiyanın terror cinayətinə görə axtarışa verdiyi, universal döyüş üzrə Avropa çempionu V. Əmirəliyev Ukrayna polisinə təhvil verilib.

Onun terror cinayətində təqsirli bilindiyi qeyd olunsa da, konkret hansı əməlləri törətdiyi açıqlanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.