"Dedim, ay vicdansızlar, oğlum evində yatır..." - "Şərurlu İsfəndiyar"

21-04-2025, 00:01           
"Dedim, ay vicdansızlar, oğlum evində yatır..." - "Şərurlu İsfəndiyar"
“Oğlumun saxlanılması ilə bağlı xəbərlər yalandır”.

Bu sözləri Globalinfo.az-a iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) oğlu Şahin Axundovun saxlanılması haqda danışarkən deyib.

O, xəbəri kimlərinsə qəsddən yaydığını bildirib:

“Gecə saat 00:30-da jurnalist mənə zəng edib ki, bəs oğlun saxlanılıb. Dedim, ay vicdansızlar, oğlum evində yatır. Xəbəri yayan jurnalistə sözümü dedim. Bildirdim ki, sübut etməsə, onu məhkəməyə verəcəm. Təkzib edəcəyini dedi. Məşhur iş adamı olduğum üçün mənə şər atırlar”.

Qeyd edək ki, Globalinfo.az-a məlumat verən mənbə Şahin Axundovun hələ də həbsdə olduğunu bildirir.

Xatırladaq ki, onun adı son 20 ildə müxtəlif qalmaqallarda keçib. Ş.Axundovla bağlı ən ciddi qalmaqal illər öncə “Sahil bağı”nın yaxınlığında Türkiyə səfirliyinin önündə (həmin vaxt səfirlik orada yerləşirdi) avtomat silahdan atəş açmasından sonra yaranmışdı. Bu səbəbdən Ş.Axundov saxlanılmışdı. Uzun illər Azərbaycan mətbuatı bu qalmaqalı gündəmdə saxladı. Bu olayda tanınmış polis generallarında birinin də adı keçirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru