"Bəndə cəzasından qaça bilsəniz də, (arxalı olduğunuz üçün). Allah cəzasından qaça bilməyəcəksiniz..."
Bu gün, 15:44

Cəzasızlar!
Ölkənin əmək qanunvericiliyinə hörmətlə yanaşın cənablar!
İnsanı bir ilin içində işə qəbul edib , sonra işsiz qoyub psixoloji təzyiqlərə məruz qoymayın.Unutmayın ölkə qanunlarını pozmaqla öhdəsində azyaşlı uşaq olan xanımı işsiz qoymağınızla , bəndə cəzasından qaça bilsəniz də, (arxalı olduğunuz üçün). Allah cəzasından qaça bilməyəcəksiniz
Belə ki,
SOCAR İRD ötən il vakant yerə müsabiqə elan edir. Günel Məmmədli müsabiqədən keçdikdən sonra onu Kadr ehtiyat bazasına(KEB) daxil edirlər.Bir il (!)gözlədikdən sonra nəhayət ki,ona SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinə arxivçi vəzifəsinə göndəriş verilir və idarə onunla bir illik(!) müvəqqəti Əmək Müqaviləsi bağalayır.Bir ildən (!)sonra bu ilin aprel ayında idarə rəisi Hümmət Verdiyev Günel xanımı müqavilə müddətinin vaxtı bitdiyi üçün işdən azad edir.Xanımın öhdəsində azyaşlı övladı var və uşaq bu gün əməliyyat olunmalıdır.
Qeyd:
Ölkəmin Əmək Məcəlləsinin maddə 45.4 isə deyir ki,
-Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsinin f bəndi ( tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;)i ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır
Bu qanunları pozduqları üçün SOCAR İRD və SOCAR Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat idarəsinin rəhbərliyi ARƏM Maddə 310. görə məsuliyyət daşıyırlar.
Mirvari Gahramanli
TEREF