Son Axşam yeməyi (italyanca Lultima Çena) xristian inancına görə İsanın çarmıxa çəkilməmişdən əvvəlki son axşam yeməyidir.
Bu gün, 15:38
İsanın bu yemək əsnasındakı çıxışı Yuhanna İncilində (Yəhyanın İncili) təfərrüatlı şəkildə yazılıb. İsa Məsih onlardan ayrıldıqdan sonra təsəllini Paraklete ilə tapmalarını söyləyir. Son Şam yeməyində İsa və həvariləri şərab içərək, Müqəddəs Graildən çörək yedilər... Son Axşam yeməyi haqda Qurani-Kərimdə əl-Maidə surəsinin 114-cü ayəsində də bəhs edilir: “Məryəm oğlu İsa yalvardı: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” *** Pasxa xristianların ən önəmli bayramlarından biridir, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd etmək üçündür. Bu il Pasxa 20 aprel bazar gününə təsadüf edir. Belə ki, Pasxa bayramı Bahar ekinosundan, yəni bərabərliyindən sonra müşahidə edilən ilk Dolunay sonrası gələn bazar günü qeyd edilir. Buna görə də Pasxa bayramı hər il fərqli bir tarixə düşür. Pasxa ərəfəsində dahi Leonardo da Vinçinin Dünya mədəniyyətinin incisi sayılan "Son axşam yeməyi" əsərini xatırladım... https://t.me/ibrahim_nebioglu