Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib

21-04-2025, 10:23           
Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura qarşı uzun mənzilli PUA və raket zərbələrini dayandırmağı təklif edib.

TNS xəbər verir ki, Zelenski bu barədə öz “Telegram” kanalında yazıb.

"Bununla belə, bu gün hava həyəcanı siqnalları olmadı. Deməli, bu, əldə olunmuş və davam etdirilməsi ən asan olan bir sakitlik formatıdır. Ukrayna mülki infrastruktur obyektlərinə uzaqmənzilli dronlar və raketlərlə istənilən zərbələrdən azı 30 gün müddətinə imtina edilməsini və bu müddətin uzadılması imkanını təklif edir. Əgər Rusiya belə bir addıma razılaşmasa, bu, onun yalnız insan həyatını məhv edən və müharibəni davam etdirən hərəkətlərə üstünlük verdiyinə sübut olacaq.", - Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru