İran ordusu sərhədə “yeridildi” - General elan etdi

Bu gün, 10:34           
İran ordusu sərhədə “yeridildi” -
İran Silahlı Qüvvələri müxtəlif sərhəd bölgələri boyunca 10 diviziya yerləşdirib.
TEREF axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Keyumərs Heydəri deyib.

Generalın sözlərinə görə, onlar hərtərəfli kəşfiyyat və təhlükəsizliyi təmin etmək üçün strateji mövqedədirlər və bu, güclü təhlükəsizlik və qabaqlayıcı tədbirdir.

Qeyd edək ki, Keyumərsin bu sözləri yeni fəaliyyət kimi yayılsa da, general yanvarın sonunda da eyni sözləri işlətmişdi. Yəni İran diviziyalarının sərhədə yeridilməsi doğrudursa, bu, ən azı bir neçə ay öncə olub.

Həmçinin Keyumərs bu gün İranın məxfi silahlarının olduğu ilə bağlı da düşmənləri hədələməyi unutmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.