ABŞ-də təyyarə qəzası: Ölənlər var

21-04-2025, 09:14           
ABŞ-də təyyarə qəzası: Ölənlər var
Şənbə günü birmühərrikli "Cessna C180G" təyyarəsi ABŞ-nin İllinoys ştatında qəzaya uğrayıb.

TEREF Oxu.Az-a stinadla xəbər verir ki, təyyarədə olan dörd nəfərin hamısı həlak olub.

Təyyarə kənd yerində yolun yanındakı tarlaya düşüb. Həlak olanlardan ikisi qadındır.

İlkin ehtimala görə, qəzaya səbəb təyyarənin elektrik ötürücü xətlərinə toxunması olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.