"Sənətkarlarla onları bir tutmayın" - ETİRAZ

21-04-2025, 00:03           
"Sənətkarlarla onları bir tutmayın" - ETİRAZ
"Hər oxuduğumuz mahnı cəmiyyətə mesaj olmalıdır. Hər mahnıda bir siqnal var. Qoyun bu mesajlar yaxşı olsun da".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Zaurla Günaydın" verilişində deyib. Müğənni aparıcılara səslənib. O bildirib ki, bayağı mahnı ifaçılarını efirə çağırıb, tərifləməyin:

"Əvvəl indiki kimi hamıya azadlıq verilməmişdi. Bu azadlıqdan isə hamısının başı gicəllənib. Mənim sonuncu müsahibəmdə sözümü düz anlasalar yaxşı olar. Heç kimə deyə bilmərəm, niyə etmisən? İncikliyim aparıcılardandır. Əgər sabah bizim yerimizdə həmin insanlar otursa, aparıcılar da onları bizim kimi tərifləsə incməyəcəksiniz? Sözüm aparıcılaradır. Sənətkarlarla onları bir tutmayın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru