"Aylıq 25 manat bizim üçün böyük məbləğdir" - Müştərisi "CityNet"ə müraciət etdi...
Bu gün, 10:22
"Şikayətim "CityNet" internet provayderi ilə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bu barədə GÜlrə Məmmədova adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayəıtim Var" qrupunda gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Qoşulduğumuz gündən bəri internetin sürəti son dərəcə zəifdir və demək olar ki, işlək vəziyyətdə deyil. Dəfələrlə müştəri xidmətlərinə müraciət etmişik, lakin heç bir nəticə əldə olunmayıb.
Sonuncu dəfə əlaqə saxladıqda, operator məsələni texniki işçiyə yönləndirdi. Texnik isə problemi yalnız 70-80 manat dəyərində "gücləndirici" alacağım təqdirdə həll edə biləcəyini bildirdi. Onun sözlərinə görə, guya Bakının 60-70%-i bu cihazdan istifadə edir.
Ödəniş etdiyimiz xidmətin keyfiyyətli şəkildə təqdim olunmasını tələb edirik. Aylıq 25 manat bizim üçün böyük məbləğdir.
Xahiş edirəm, problemin həllində yardımçı olasınız".