Tibdə inqilabi kəşf - Çin alimləri bunu da etdi

7-08-2018, 07:45           
Tibdə inqilabi kəşf - Çin alimləri bunu da etdi
Çinli alimlər qrafen materialı əsasında sağlamlıq vəziyyətinin monitorinqi üçün daşınan elektron qurğu kimi işləyə bilən rəngli süni elektron dəri hazırlayıb.

Teleqraf.com "İKTnyus"a istinadən xəbər verir ki, "E-skin" adlandırılmış elektron dəridə insanın dərisini imitasiya edən, təzyiq, temperatur və dartılmanı hiss edə bilən nazik, elastik və uzadıla bilən elektron materialdan istifadə olunur.

Elektron dəri tənəffüs, ürək döyüntüsü və səs daxil olmaqla bədən siqnallarının ölçülməsi məqsədilə insan dərisi, həmçinin boğaza bərkidilə bilər.

Yeni həll yüksək həssaslıq və uzunmüddətli sabitlik nümayiş etdirir, yüksək temperatura davam gətirir.

Alimlər elektron dərinin səhiyyə və süni intellekt sahəsində tətbiq üçün böyük potensiala malik olmasına əmindirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru