İngiltərə Premyer Liqası: 16 yaşlı Nqumoha "Liverpul"a qələbə qazandırdı VİDEO

Bu gün, 15:24           
İngiltərə Premyer Liqası:
İngiltərə Premyer Liqasının ikinci turu çərçivəsində "Nyukasl" - "Liverpul" matçı baş tutub.

Tərəflər arasında görüş "Liverpul"un qələbəsi ilə yekunlaşıb - 2:3.

Hesabı 35-ci dəqiqədə qonaqlardan Rayan Qravenberx açıb. Uqo Ekitike isə 46-cı dəqiqədə "Liverpul"un üstünlüyünü iki topa çatdırıb.

45+3-cü dəqiqədə Entoni Qordon "Nyukasl"ı azlıqda qoyub. Buna baxmayaraq, Bruno Qimarayns (57-ci dəqiqə) və Uilyam Osula (88-ci dəqiqə) fərqlənərək hesabı bərabərləşdiriblər.

Matçın 90+10-cu dəqiqəsində isə 16 yaşlı Rio Nqumoha "Liverpul"a üç xal qazandıran qolu vurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru