Dünya ticarət müharibəsinin ASTANASINDA – Daha bir ölkə sanksiyalara məruz qalacaq

13-08-2018, 18:36           
Dünya ticarət müharibəsinin ASTANASINDA – Daha bir ölkə sanksiyalara məruz qalacaq
“İtaliyanı ciddi maliyyə sanksiyası hücumları gözləyir”.

Bu sözləri mediaya açıqlamasında İtaliyanın baş nazirinin köməkçisi Qiankarlo Qiorgetti deyib.

Köməkçinin sözlərinə görə, bu hücumlar avqust ayının sonu, sentyabrın əvvəllərində başlayacaq.

“Bazarda ovunu seçib hərəkətə keçən ac spekulyativ fonlar olur. 1992-ci ilin avqustun sonunda və 7 il öncə Silvio Berluskoniyə nələr olduğunu hamımız gördük. Yayda bazarda az hərəkətlilik olanda bu, ölkələrə qarşı aqressiv cəhdlərə səbəb ola bilir. Eynilə, Türkiyədə olduğu kimi” -, Qiorgetti bildirib.

Daha öncə İtaliyanın xarici işlər naziri Enzo Moavero Türkiyəyə ABŞ-ın maliyyə sanksiyalarına qarşı dəstək mesajı göndərmişdi. /ednews.net/az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru