Husi snayperləri Səudiyyə əsgərini belə vurdu - Video

29-08-2018, 15:40           
Husi snayperləri Səudiyyə əsgərini belə vurdu - Video
Yəmənin "Ənsarullah" hərəkatının əsgərləri bu həftə də Səudiyyə ordusuna qarşı hərbi əməliyyatlarını davam etdiriblər. Husilər Yəmən sərhədi yaxınlığında Səudiyyə Ərəbistanı mövqelərini hədəfə alıblar. Onlar Yəmən sərhədində yerləşən Cizan və Asir əyalətlərində Səudiyyə Ərəbistanının əsgərlərinə qarşı hücuma keçiblər. Hücum zamanı Səudiyyə əsgərləri çox sayda itki veriblər. Husilərin rəsmi media qanadının yaydığı məlumata görə, snayperlər Səudiyyə Ərəbistanının cənubundakı genişmiqyaslı hücum zamanı krallıq rejiminin bir neçə əsgərini zərərsizləşdiriblər. Hücumların əksəriyyətinin Asir və Cizan əyalətlərinin dağlıq rayonlarında baş verdiyi bildirilib.

Eastnews.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru