Ən çox vəzifədə qalan icra başçısı kimdir? - İLGİNC SİYAHI
11-02-2019, 17:25
Az əvvəl yerli KİV tərəfindən parlamentin yaşlı deputatlarının siyahısı təqdim olundu. Bildirək ki, artıq indidən bəzi kuluarlarda Milli Məclis heyətinin növbəti seçkidə gəncləşdiriləcəyi haqda müəyyən müzakirələr aparılmaqdadır.
DİA.AZ bildirir ki, deputatlarla yanaşı kürsüsündən möhkəm yapışan və illərdir ki, postundan tərpənməyən icra başçıları da var ki, onların da yaxın vaxtlarda vəzifələrindən alınacaqları ilə bağlı məlumatlar dolaşır.
DİA.AZ olaraq bu yöndə araşdırma apardıq və aydın olur ki, Azərbaycanda hətta 27 il icra başçısı postnda oturanlar da var. Bu Xocavənd Rayon Icra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. Onu bu vəziəyə 1992-ci il iyulun 2-də, o vaxtkı prezident Əbülfəz Elçibəyin təyin edib.
Hazırda Xocalı Rayon Icra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il dekabrın 21-dən bu vəzifədədir.
Malik Isaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon Icra Hakimiyyətinin başçısıdır.
Nərimanovun icra başçısı Abdin Fərzəliyev 2005-ci ildə təyin olunub.
Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov 2005-ci ildə icra başçısı postuna təyinat alıb.
Rayonlar üzrə siyahını da təqdim edirik:
Ağcabədi – Şahin Məmmədov, 2005-ci ildən
Ağsu – Ənvər Seyidəliyev, 2007-ci ildən
Göygöl – Arif Seyidov, 2006-cı ildən
Hacıqabul – Əhməd Muxtarov, 2006-cı ildən
Xaçmaz – Şəmsəddin Xanbabayev, 2004-cü ildən
Qusar – Şair Alxasov, 2007-ci ildən
Lerik – Rövşən Bağırov, 2007-ci ildən
Saatlı – Siraqəddin Cabbarov, 2008-ci ildən
Şabran – Novruz Novruzov, 2007-ci ildən
Zərdab – Lütvəli Babayev, 2007-ci ildən.
Hər halda bu siyahı kifayət qədər maraqlıdır və görünəni də odur ki, yaxın vaxtlarda dəyişikliklər olacaqsa, ilk başdan qeyd etdiyimiz siyahı da nəzərə alınacaq.