Azərbaycana gələn turistlərin xərclədiyi vəsait ildən-ilə artır

31-10-2019, 07:44           
Azərbaycana gələn turistlərin xərclədiyi vəsait ildən-ilə artır
Azərbaycana turizm məqsədilə gələn əcnəbi turistlərin çəkdiyi xərclər xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərcləri üstələməyə başlayıb.

Trend-in məlumatına görə, 2013-cü ildə xaricə gedən Azərbaycan vətəndaşları ölkəmizə gələn turistlərdən daha çox vəsait sərf ediblər. Həmin ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 1 milyard 255 milyon 400 min manat , xaricə gedən Azərbaycan vətəndaşları isə 1 milyard 861 milyon 700 min manat vəsait xərcləyiblər.

Sonrakı 3 il ərzində (2014-1016) də xaricə gedən azərbaycanlıların xərclədiyi vəsaitlərin məbləği ölkəmizə gələn əcnəbilərin xərclədiyi məbləği üstələyib.

Lakin 2017-ci ildən sonra Azərbaycana gələn əcnəbilər turizm məqsədilə daha çox pul xərcləməyə başlayıblar.

2017-ci ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 2 milyard 285 milyon 300 min manat, xaricə gedən Azərbaycan vətəndaşları 1 milyard 678 milyon 900 min manat vəsait xərcləyiblər.

2018-ci ildə isə ölkəmizə gələn əcnəbilərin turizm məqsədilə xərclədiyi vəsaitin məbləği 2 milyard 661 milyon 600 min manat, xaricə gedən Azərbaycan vətəndaşlarının xərclədiyi vəsaitin məbləği 2 milyard 387 milyon 400 min manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru