Xaçmazın gənc İcra başçısı kim olacaq? - İDDİA

31-10-2019, 13:02           
Xaçmazın gənc İcra başçısı kim olacaq? - İDDİA
Rzayev Elnur Şahbaz oğlunun Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı təyin olunacağı ilə bağlı sərəncamın veriləcəyi gözlənilir.

KONKRET.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini olan gənc məmur Elnur Rzayev 81 yaşlı Şəmsəddin Xanbabayevin yerinə gətirilir.

DOSYE: Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə (39 yaş) Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub.1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.

Xatırladaq ki, bir az əvvəl saytımızda Şəmsəddin Xanbabayevin əşyalarını yığışdırıb binadan çıxması ilə bağlı xəbər yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru