Ramiz Zeynalovdan telefonoqram: Pərdə və plyonkaya görə cərimələr DAYANDIRILSIN - FOTO

16-11-2019, 00:00           
Ramiz Zeynalovdan telefonoqram: Pərdə və plyonkaya görə cərimələr DAYANDIRILSIN - FOTO
Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Bakı şəhər BPİ DYPİ rəisinə, paytaxtın və respublikanın rayon DYP şöbə, bölmə rəislərinə, DİN DDYPİ-in YPXA-nın taqım komandirlərinə pərdə və plyonkaya görə cərimələrin dayandrırılması haqqında telefonoqram göndərib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan sənədə əsasən, telefonoqramda qeyd edilir ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartlarına əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamamsı müəyyənləşdirilib, həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Qeyd olunan standratlarla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi məsələsinin aidiyyatı orqanlarda baxılma ərəfəsində olmasını nəzərə alaraq arxa və arxa yan şüşələrdə plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməsin.

Sənədin həqiqliyini araşdırırıq, əlavə məlumat veriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru