İlham Əliyev: “Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarına görə MDB məkanında birinci yerdədir”
24-01-2020, 18:29
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib ki, Azərbaycanın valyuta ehtiyatları 51 mlrd. dollara çatıb.
“Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarına görə MDB məkanında birinci yerdədir”, - deyə prezident vurğulayıb.
“Fakt Yoxla” İlham Əliyevin dediklərinin doğru olub-olmadığını araşdırıb.
Mərkəzi Bankın 2019-cu ilin sonunda yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 50,9 mlrd. dollara çatıb. Bunun 44,7 mlrd. dollarını Dövlət Neft Fondunun aktivləri təşkil edib, 6,2 mlrd. dolları isə Mərkəzi Bankın payına düşüb.
Hazırda 9 ölkə - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan Müstəqil Dövlətlər Birliyinin tam hüquqlu üzvləridirlər. Bu ölkələr üzrə adambaşına düşən valyuta ehtiyatları aşağıdakı kimidir.
MDB ölkələri üzrə adambaşına düşən
valyuta ehtiyatları
ölkələr valyuta ehtiyatları (mlrd. $) əhali (mln. nəfər)
adambaşına düşən valyuta rezervi
(ABŞ $)
Azərbaycan 50,9 10 5090
Qazaxıstan 91 18,6 4891
Rusiya 554,4 146,8 3776
Belarus 9,7 9,5 1021
Moldova 3 3,5 857
Özbəkistan 26,9 33,9 794
Ermənistan 2,4 2,9 828
Qırğızıstan 2,3 6,5 354
Tacikistan 1,3 9,1 142
MDB ölkələrindən ən çox valyuta ehtiyatlarına malik ölkə Rusiyadır. Adambaşına düşən valyuta ehtiyatlarına görə isə Azərbaycan 1-ci yerdədir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası doğrudur.
Mənbələr:
Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı, “president.az”
Azərbaycan Mərkəzi Bankının 2020-ci il və orta müddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı
Rusiya Federasiyasının Dövlət Statistika Xidməti
Rusiya Federasiyasının Mərkəzi Bankı
Müstəqil Dövlətlər Birliyinin statistika bazası
Ermənistanın Statistika Komitəsi
Ermənistanın Mərkəzi Bankı
Qazaxıstanın Statistika Komitəsi
Qazaxıstan Milli Bankı
Qırğızıstan Statistika Komitəsi
Beynəlxalq Valyuta Fondunun statistik bazası
Belarus Statistika Komitəsi
Belarus Mərkəzi Bankı
Moldova Statistika Komitəsi
Moldova Milli Bankı
Tacikistan Statistika Komitəsi
Dünya Bankının Statistika bazası
Özbəkistan Statistika Komitəsi
Özbəkistan Mərkəzi Bankı