Köln universitetinin azərbaycanlı professoru, Milli Qəhrəmanın qardaşı oğlu:"əlimdən gələn köməkliyi fonda fəaliyyətə başlayan kimi göstərməyə hazıram!"
20-03-2020, 14:10
Teref.az Köln Universitet Klinikasının azərbaycanlı tibb elmləri doktoru Nuran Abdullayevin COVİD-19 açıqlamasını təqdim edir:
Yeni növ koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ölkə başçısının son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) pandemiyasınının ciddiliyini nəzərə alaraq verdiyi mühüm qərarlar - Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün verdiyi fərman və bundan başqa Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı verilən fərman - hər bir millətini sevən vətəndaş tərəfindən alqışlanmalıdır. Bu bir daha onu göstərir ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcək problemləri bir başa ölkə başçısının ciddi nəzarətindədir.
Bundan başqa son günlər ölkədə atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq həqiqətən onların bir başa insanların sağlamlığına hesablandığını görürük ki, bu da avropa ölkələrindən heç də fərqlənmir. Düşünürəm ki, bu profilaktik tədbirlər Azərbaycanda daha da güclənməlidir və belə ki, əhalinin sıx toplaşdığı yerlərin, bütün restoranların və uşaq əyləncə mərkəzlərinin günün müəyyən saatlarındakı fəaliyyətləri deyil, gün ərzindəki bütün fəaliyyətləri tamamilə məhdudlaşdırılmalıdır. Eyni zamanda ictimai nəqliyyatdan istifadənin də virusun ciddi şəkildə kəskin yayılmasına səbəb olduğunu nəzərə alaraq ondan istifadə də minimuma endirilməsi çox vacib amildir. Əmin ola bilərsiniz ki, bu mühafizə tədbirlərinin atılması ilə Azərbaycan bir çox avropa ölkələrindən bir neçə addım bir daha önə çıxa bilər və hətta bir neçə gün sonra əhali tam hazır olduqdan sonra mühafizə məqsədli fövqəladə hal elan edilməsi Azərbaycan dövlətinin nə qədər uzaq görən olduğunu dünyaya çatdırar.
Bundan başqa fikrimcə Koronavirusla Mübarizəyə Dəstək Fonduna sadəcə maddi dəstək deyil eyni zamanda ondan da önəmli olan bu virusla mübarizədə təcrübələr, diaqnostik və müalicə bacarıqları da cəlb olunmalıdır, belə ki, xaricdə yaşayan və son zamanlar koronaviruslu xəstələrlə təcrübəsi olan bütün azərbaycanlı həkim və elm adamlarının təcrübəsi və elmi dəstəyi cəlb olunmalıdır ki, bunu da onlar özlərinə şərəf borcu bilməlidirlər. Bu istiqamətdə mən də əlimdən gələn köməkliyi fonda fəaliyyətə başlayan kimi göstərməyə hazıram!
Köln Universitet Klinikasının azərbaycanlı tibb elmləri doktoru Nuran Abdullayevin COVİD-19 açıqlaması
Teref.az olara qeyd etmək istəyirik ki, Nuran Abdullayev həmdə Milli Qəhrəman Şövqiyar Allahverdiyevin qardaşı oğludur!
Teref.az