Zakir Fərəcov qadın müəllimlərə şalvar geyinməyi qadağan etdi
11-01-2016, 12:44
Zakir Fərəcov qadın müəllimlərə şalvar geyməyi qadağan edib. Modern.az xəbər verir ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsələhət bilib. O, qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır. Artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb. Belə ki, qadınlar şalvarda deyil, pencə-yubka geyinərək şagirdlərin qarşısına çıxırlar.
Zakir Fərəcov qadın müəllimlərə şalvar geyməyi qadağan edib. xəbər verir ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsələhət bilib. O, qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır. Artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb. Belə ki, qadınlar şalvarda deyil, pencə-yubka geyinərək şagirdlərin qarşısına çıxırlar.
Eyni zamanda Z.Fərəcov məktəb və bağçaları gözlənilmədən təfitş edir. İndi təhsil müəssisələri əvvəlcədən xəbər vermədən gələn icra başçısını hər an gözləyirlər.
Z.Fərəcovun daha bir göstərişi isə 11-ci sinif şagirdləri ilə bağlıdır. Belə ki, əvvəllər 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşamaq üçün əksər vaxtlarda məktəbə gəlmir və buna görə direktorlara müəyyən məbləğdə pul ödəyirdilər.
İcra başçısının göstərişi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsindən məktəblərdə 11-cilərin dərsə davamiyyəti hər gün yoxlanılır, dərsə gəlməyənlərə zəng edilərək çağrılır.