XİN-yinin bu 2 əməkdaşı saxlanıldı - ADLAR

3-07-2020, 17:01           
XİN-yinin bu 2 əməkdaşı saxlanıldı - ADLAR
DTX XİN-nin bu əməkdaşlarını saxladı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan şəxslərdən ikisinin adı məlum olub.

Sfera.az-ın məlumatına görə, əməliyyatda saxlanılanlar Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və XİN Maliyyə idarəsinin rəisi Lamiyə Canəhmədovadır.

Saxlanılanların konkret olaraq hansı əməldə ittiham olunduğu açıqlanmasa da DTX-nin saytında yerləşdirilən məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.