Zurabişvilinin evinin yaxınlığında ATIŞMA – Yaralananlar var

4-05-2025, 00:08           
Zurabişvilinin evinin yaxınlığında ATIŞMA – Yaralananlar var
Atışma bu gün, mayın 3-də səhər tezdən Köhnə Tiflisdə, Qudiaşvili meydanının yaxınlığında, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin evinin yaxınlığında baş verib.

Zurabişvilinin özünün “Facebook” səhifəsində verdiyi məlumata görə, səkkiz atəş açılıb, güllələrdən biri evinin həyətinə düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Onun sözlərinə görə, səhər saat 04:20 radələrində onlarla insanın iştirakı ilə qışqırıqlarla müşayiət olunan və atışma ilə bitən kütləvi dava olub.

“Bu gecə pəncərələrimin qarşısında baş verənlər məni düşündürür… Söhbət təkcə mənim şəxsi təhlükəsizliyimlə bağlı deyil – bütün şəhərin təhlükəsizliyi məsələsidir”, – deyə Zurabişvili yazıb.

O, güllələrin düşdüyü yerləri əks etdirən fotoşəkilləri dərc edərək, dövlət himayəsindən məhrum olduğunu da xatırladıb.

Gürcüstan Daxili İşlər Nazirliyi naməlum şəxslər arasında münaqişənin baş verdiyini, iki nəfərin odlu silahla yaralandığını təsdiqləyib. İdarədən verilən məlumata görə, şübhəli şəxs müəyyən edilib və onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru