Banklar, kredit təşkilatları və lombardlar: Hansı kredit növü daha sərfəlidir? VİDEO

3-05-2025, 17:54           
Banklar, kredit təşkilatları və lombardlar:
Pula ehtiyacı olan şəxslər, zərurət yarandıqda çıxış yolu kimi kredit götürməyi seçirlər. Bu zaman müxtəlif seçimlər mövcuddur: banklar, bank olmayan kredit təşkilatları və lombardlar. Hər bir maliyyə mənbəyi fərqli şərtlər və risklərlə müşayiət olunur. Bəs hansı daha sərfəli və risksizdir?

Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, fiziki şəxslərin ailə təsərrüfatlarının borclanmasına gəldikdə, kreditlərdən söhbət gedirsə, banklar ən sərfəli seçimlərdən biridir. Bunun bir sıra səbəbləri var: banklar kredit faizlərinin aşağı olması ilə, həmçinin müxtəlif regionlarda əlçatanlıq imkanları ilə diqqət çəkir.

Rəşad Həsənov qeyd edir ki, banklar kredit təşkilatları və lombardlarla müqayisədə daha aşağı faizlərlə kreditlər təqdim edir. Bu, vətəndaşlar üçün daha sərfəlidir. Lakin vətəndaş gəlirlərini rəsmiləşdirə və müvafiq sənədləri təqdim edə bilmirsə, alternativ olaraq kredit təşkilatları seçim edilə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru