“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu dillərində nəşrlərinin təqdimatı olub

Bu gün, 16:46           
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu  dillərində nəşrlərinin təqdimatı olub
Azərbaycan Dillər Universitetində Bakı Şəhər İcra Hakimiyyəti və universitetin birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının fransız və urdu dillərində nəşrlərinin təqdimatı keçirilib. Tədbirdə BŞİH-nin məsul əməkdaşları, universitetin müəllim, magistr, tələbələri və digər qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Vətən müharibəsindən keçən dövr ərzində möhtəşəm zəfərə həsr edilən kitablar, salnamələr yazılıb, filmlər çəkilib. Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsi olan və 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunan bu kitab artıq on dildə çap edilib və bu gün kitabın fransız və urdu dillərində nəşrinin təqdimatı keçirilir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət faktoru amilini bir daha sübut edir. Kitabda həmçinin Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
Kitab Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olub. Ona görə də onun davamı olaraq “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitab da işıq üzü görüb. Yeni kitabda ölkəmizin suverenliyinin bərpası, işğaldan azad edilən ərazilərdəki geniş quruculuq işləri, keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələrin əksini tapıb. Artıq bu kitabın da ingilis, rus, türk dillərinə tərcüməsinə başlanılıb.
Toplantıda çıxış edən Universitetin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxova, Pakistan dili və mədəniyyət mərkəzinin rəhbəri Athar Mahmood və digərləri kitabın dünya ictimaiyyətinə çatdırılması üçün bir çox dillərdə çap edilməsinin əhəmiyyətindən danışıblar. Sonra Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Kəmalə Kərimova və ADU-nun magistr və bakalavr tələbələri video-slaydlarla kitabın ətraflı təqdimatını təqdim ediblər.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.