X İ N rəhbəri olmağa real namizədlərdən biri - Fərid Şəfiyev
6-07-2020, 00:02
![X İ N rəhbəri olmağa real namizədlərdən biri -](/uploads/posts/2020-07/1593975741_1.jpg)
Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi məlum əməliyyat nazirliyin, eyni zamanda nazir Elmar Məmmədyarovun olub-qalan imicini bitirdi.
Cənab Məmmədyarovun yaxın zamanda vəzifəsi ilə vidalasacaği bəllidir. Yeni nazirin kim olacağı ciddi müzakirə olunur.
NUH.az-a daxil olan məlumata gorə X İ N-in yeni rəhbəri olmağa real namizədlərdən biri də Fərid Şəfiyevdir.
Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur .
1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.
2002-2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.
1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləmişdir .
1998-2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışmışdır .
22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir .
2009 - 2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladı və səlahiyyətli səfiri olub.
26 may 2011-ci ildən 9 iyul 2014-cü ilədək. Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olmuşdur.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədridir