Kiyev Avropa və İsraildən əlavə “Patriot” HHM sistemləri ala bilər

5-05-2025, 12:44           
Kiyev Avropa və İsraildən əlavə “Patriot” HHM sistemləri ala bilər
Ukrayna “Patriot” sistemlərinin İsrail və Avropadan köçürülməsi hesabına əlavə hava hücumundan müdafiə sistemləri ala bilər.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, bir sistem artıq təmirdən sonra göndərilməyə hazırlanır. Bundan başqa, Almaniya və Yunanıstan daha bir kompleksin təhvil verilməsini müzakirə edirlər.

Pentaqon NYT-nin sorğusuna cavab olaraq açıqlayıb ki, Vaşinqton əvvəllər təsdiqlənmiş proqramlar çərçivəsində Kiyevə silah tədarükünü davam etdirir.

Materialın müəllifləri qeyd edirlər ki, çərşənbə günü imzalanmış Ukrayna resursları ilə bağlı saziş “ABŞ tərəfindən hərbi yardımın artırılması üçün yol açır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru