Əvəz Zeynalli Ankaradadır: -

5-05-2025, 15:47           
Əvəz Zeynalli Ankaradadır: -
Tanınmış jurnalist hazırda Türkiyənin paytaxtı Ankara şəhərindədir.

Musavat.com xəbər verir ki, jurnalist bu barədə şəxsi hesabında paylaşım edib. O, tələbəlik illərinin keçdiyi, gəncliyinin və böyük arzularının şəhəri olan Ankaraya bu dəfə sağlamlıq problemləri səbəbilə üz tutduğunu bildirib.

"34 il əvvəl dünyanı və Azərbaycanı dəyişmək niyyəti ilə gəldiyim bu şəhərə indi canımı və ağrılarımı götürüb gəlmişəm", – deyə o qeyd edib.

Zeynalli sabahdan etibarən müayinələrin başlayacağını və ardınca müalicə prosesinə start veriləcəyini bildirib. O, maliyyə məsələləri ilə maraqlanan çoxsaylı insanların olduğunu da vurğulayıb: "Hələ heç nə bilmirəm. Bircə şey bilirəm ki, çox bahalı və məsrəfli prosedurlar var. Nəticələr məlum olan kimi paylaşacam. Gərəkirsə, Millətimə müraciət edəcəm. Mənim millətimdən başqa kimim var ki?"

Sonda o, Ankaradan – "Böyük Atatürkün və Məhəmməd Əmin Rəsulzadənin şəhərindən" xalqımıza salam göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru