Nazirlikdən 4 ayda 4.6 milyon manatlıq ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - Pullar sabiq nazirin qohumuna, 10 manatlıq şirkətlərə və qanuni təmsilçisi olmayan MMC-yə köçürülübmüş
Bu gün, 09:26

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tərkibindəki idarə və müəssisələr üçün cəmi 4 ayda 4,689,093.82 AZN pul xərcləyib.
Ən diqqət çəkən məqamlardan biri isə 10 manatlıq şirkətlərə "yüksək dəyər" verilib, 100 minlərlə pul vəsaitinin köçürməsidir. Və həmçinin keçmiş nazirlərinin qohumu olduğu deyilən şəxsi əl üstündə tutub ən böyük məbləğli müsabiqələrdə qalib ediblər.
32gun.az siyahı şəklində tenderləri təqdim edir:
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi – “Prosys” Məhdud Məsuliyyətli Cəmiyyəti – "DMSpro-Elektron Sənəd dövriyyəsi sisteminə, CPİS-Cərimə protokollarının idarəedilməsi sisteminə, həmçinin ESD sisteminin e-imza, QR kod, İRİA RSD inteqrasiya işlərinə bir illik texniki dəstək xidmətlərinin satın alınması"
Məbləğ: 84.110,4 AZN
Başlama tarixi: 22.01.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi – “Prosys” MMC – DMSpro – Elektron Sənəd Dövriyyəsi sistemində Single Sign-on ilə DMS-ə login olunması, digər dövlət qurumları ilə inteqrasiyalar və digər xidmətlərin satın alınması
Məbləğ: 39.648 AZN
Başlama tarixi: 22.01.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – “Skytech International” MMC – Mobil nəzarət-izləmə cihazlarına göstəriləcək texniki qulluq xidmətlərinin satın alınması
Məbləğ: 15.399 AZN
Başlama tarixi: 05.02.2025
Şirkətin nizamnamə kapitalı: 10 AZN
Şirkətin Qanuni təmsilçisi: Leyla Hüseynova Elçin qızı
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – “Azərmaş Park” MMC – Yük avtomobili və sərnişin avtobusu nəqliyyat vasitələrinin satın alınması
Məbləğ: 466.000 AZN
Başlama tarixi: 03.02.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – “Prolink Caspian” MMC – İstehsalat və avtomobil nəqliyyat vasitələrinin alınması
Məbləğ: 379.724 AZN
Başlama tarixi: 10.02.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi – “B2B Group” MMC – Proqram təminatları üçün lisenziyaların satın alınması
Məbləğ: 74.984,28 AZN
Başlama tarixi: 07.02.2025
Şirkətin nizamnamə kapitalı: 10 AZN
Qanuni təmsilçi: Ramal Bəşirov Bəşir oğlu
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – “Universal Pro” QSC – Dizel mühərrikli su nasoslarının satın alınması
Məbləğ: 290.280 AZN
Başlama tarixi: 10.02.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti – “Azercell Telekom” MMC – İnternet xidmətlərinin satın alınması
Məbləğ: 38.304 AZN
Başlama tarixi: 01.01.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – “DC Group” MMC – Sürtkü materiallarının satın alınması
Məbləğ: 128.317,57 AZN
Başlama tarixi: 25.02.2025
Şirkətin Qanuni təmsilçisi göstərilmir, nizamnamə kapitalı: 10 AZN
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – “Azunitex” MMC – Traktor və aqreqatların satın alınması
Məbləğ: 258.800 AZN
Başlama tarixi: 26.02.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – “Prolink Caspian” MMC – İstehsalat nəqliyyat vasitələrinin satın alınması
Məbləğ: 271.380 AZN
Başlama tarixi: 26.02.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – “Hightech Services” MMC – Müxtəlif növ nəqliyyat vasitələri və mexanizmlərin icarəsi
Məbləğ: 539.026 AZN
Başlama tarixi: 20.02.2025
Şirkətin Nizamnamə kapitalı: 10 AZN
Qanuni təmsilçi: Fariz Məmmədov Faiq oğlu
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti – “Aztelekom” MMC – İnternet xidmətlərinin alınması
Məbləğ: 20.760 AZN
Başlama tarixi: 01.01.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti – “Neytam” MMC – Konteyner tipli ofisin və mühafizə postlarının alınaraq quraşdırılması
Məbləğ: 79.981,58 AZN
Başlama tarixi: 17.03.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti – “Laguna Group” MMC – Qonaqların qəbulu ilə bağlı xidmətlər
Məbləğ: 151.181,6 AZN
Başlama tarixi: 01.04.2025
Şirkətin Nizamnamə kapitalı: 10 AZN
Qanuni təmsilçi: Ramil Əsgərov Əsgər oğlu
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti – Samir Tahir oğlu Hüseynov – Dəftərxana və təsərrüfat malları
Məbləğ: 18.341,39 AZN
Başlama tarixi: 15.04.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi – “Avtomatski merilni sistemi za okolje“ d.o.o. (xarici şirkət) – Radiasiya stansiyaları üçün məsafədən xidmət
Məbləğ: 925.056 AZN
Başlama tarixi: 25.04.2025
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi – Sabir Təvəl oğlu Fərzəliyev – Nəqliyyat vasitələrinin cari təmiri üçün mal-materialların alınması
Məbləğ: 649.000 AZN
Başlama tarixi: 22.04.2025
Bu ad mediada nazirliyə aid ən yüksək məbləğli tenderlərin əsas qalibi kimi məlumdur. Sabir Fərzəliyev əsasən "Meliorasiya və Su Təsərrüfatı” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumları maşın-mexanizmlər üçün ehtiyat hissələri, maşın mexanizmləri və nəqliyyat vasitələri üçün sürtkü yağları, nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorlarla və tikinti materialları ilə təchiz edir.
Mediada gedən məlumatlara görə, Sabir Fərzəliyevin keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun (2001–2018) ən yaxın adamı olması barədə də iddialar var.
Xüsusi qeyd: Bu siyahı hamısı deyil.

Qeyd edək ki, nazir vəzifəsini ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov icra edir.
Xatırladaq ki, Muxtar Babayev isə 23 aprel 2018 – 5 fevral 2025 tarixlərində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri olub.