Naxçıvanda məhkəmə sədri QANUNLARI BİLMİRMİŞ... - Buda oldu

Bu gün, 16:56           
Naxçıvanda məhkəmə sədri QANUNLARI BİLMİRMİŞ... - Buda oldu
“İş verən hakim” dediyinə görə tənqidçisini məhkəməyə verən baş hakim Gülnar Səfərəliyevanın şikayəti əsasında baş tutan işə ilk prosesdəcə xitam verilib. Bunan səbəb, şikayətin düzgün tərtib olunmaması və məhkəmə heyətinin düzgün seçilməməsi göstərilib: Baş hakimin ərizəsi əsasında şikayətə elə onun sədri olduğu məhkəmə heyəti baxmalı idi. Bu isə, Məhkəmələr və hakimlər haqqında qanunun 16 və 18-ci maddələrinə ziddir.
Naxçıvan şəhər məhkəməsi əvvəl bu qanunu nəzərə almadan baş hakimin şikayətini qəbul etmişdi. Məsələ „Gündəlik Naxçıvan“da işıqlandırıldıqdan sonra ictimai müzakirələrə və etirazlara səbəb olmuşdu.
İttiham olunan Naxçıvan şəhər sakini Kərim Seyidzadə işə xitam verilməsində ictimai qınağın rol oynadığını bildirir:
“Mayın 2-də Məhkəməyə hazırlıqlı getmişdim. Düşünürdüm ki, məni həbs edəcəklər. Çünki, Gülnar Səfəralıyeva onu tənqid etdiyimə görə məndən qisas almaq istəyir və bu işə də onun tabeliyində olan hakimlər baxmalı idilər. Məhkəmədən öncə bu problem ictimailəşdirildi. Getdim prosesə. Gözlənilmədən işin xitam olunması ilə bağlı qərar qəbul olundu. Gülnar Səfərəliyeva yenidən şikayət yazmalı, işə isə başqa yerdən çağırılmış hakimlər baxmalıdır. Prosesdən sonra məhkəmə işçilərindən biri dedi ki, işin xətm olunması ilə bağlı göstəriş Bakıdan gəlib.”
Baş hakim Kərim Seyidzadənin onu təhqir etməsi iddiası ilə Naxçıvan şəhər məhkəməsinə müraciət etmişdi. O, ərizəsində bildirirdi ki, Kərim Seyidzadə mətbuat vasitəsi ilə „iş verən hakim, rüşvətxor”deməklə onun işgüzar imicinə xələl gətirib.
Kərim Seyidzadə isə bu ittihamları rədd edərək, məhkəmə sədrinin ondan qisas almaq istədiyini bildirir. O, məhkəmədə baş verən haqsızlıqları ictimailəşdirdiyini və bu səbəbdən sədrlik etdiyi məhkəmənin tənqid edilməsindən narahat olan Gülnar Səfəralıyevanın onu cəzalandırmağa çalışdığını deyir.
Bundan əvvəl, həmin məhkəmənin digər hakimi Qabil Məmmədov da Kərim Seyidzadəni eyni ittihamal məhkəməyə vermişdi. Həmin vaxt, Gülnar Səfəralıyevanın sədrliyi ilə baş tutan məhkəmə, Kərim Seyidzadəyə 300 saat icbari iş kəsmişdi. Bu hökmü ədalətsiz hesab edən Kərim Seyidzadə məhkəmə binasında sirkə içərək intihara cəhd etmişdi. Daha sonra, Kərim Seyidzadə məhkəmə sədrini sərt tənqid etməyə başladı və bunu mətbuat vasitəsilə ictimailəşdirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.