Kinematoqrafçılar İttifaqının üzvü vəfat etdi

Bu gün, 11:44           
Kinematoqrafçılar İttifaqının üzvü vəfat etdi
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Sabir Vəliyev dünyasını dəyişib.

Modern.az xəbər verir ki, 50 ildən artıq C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmış Sabir Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Sabir Vəliyev "Azərbaycanfilm" studiyasının veteran əməkdaşıdır, uzun müddət studiyanın, Dövlət Film Fondunun baş energetiki işləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.