Türkiyədə müalicə olunan jurnalist Bakıya qayıtdı

5-05-2025, 16:28           
Türkiyədə müalicə olunan jurnalist Bakıya qayıtdı
Tanınmış jurnalist Azər Rəşidoğlu uzunmüddətli müayinə və müalicədən sonra Türkiyədən Bakıya dönüb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb:

“2 həftəyə yəqin ki, yenidən ( bu dəfə qısamüddətli) Türkiyəyə gedəcəyəm. İlk mərhələ uğurlu oldu, ən müxtəlif analizlərin verilməsi və müalicənin başlanması vaxt apardı. Dövlətimiz sağ olsun, məni yalnız buraxmır. Bu qədər insanın sevgisini və duasını, narahatlığını gözləmirdim.

Allah hamınızdan razı olsun. Hər kəs mənim problemimi öz doğmasının problemi hesab etdi və hər addımı nəzarətdə saxladı. Mediadakı həmkarlarımız bu məsələni gündəmdəmdən düşməyə qoymadı. Uzun çəkən bir savaşda birlikdəyik. İnşəallah, birlikdə sevinəcəyik. Azərbaycan - çox yaşa!..”

Qeyd edək ki, jurnalistin müalicəsi Heydər Əliyev Fondu tərəfindən qarşılanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru