İtaliya A Seriyası: "Yuventus" səfərdən bir xalla qayıdır

5-05-2025, 12:38           
İtaliya A Seriyası: "Yuventus" səfərdən bir xalla qayıdır
İtaliya A Seriyasının 35-ci turunda "Yuventus" "Bolonya"nın qonağı olub.

Oxu.Az xəbər verir ki, oyunda hesabı qonaqlar açıb. Türam artıq 9-cu dəqiqədə "Qoca sinyora"nı önə keçirib.

Lakin ikinci hissədə "Yuve" üstünlüyünü itirib. 54-cü dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər - 1:1. Qarşılaşma elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, "Yuventus"un türkiyəli ulduzu Kenan Yıldız qırmızı kart cəzasına görə oyunu buraxıb.

Hazırda İqor Tudorun yetirmələri 63 xalla yarış cədvəlində 4-cü yerdə qərarlaşıblar. "Bolonya" isə 1 xal geri qalaraq 7-ci sıradadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru