2020 – Turizm üçün itirilmiş il. (Düşünmən üçün)

2-08-2020, 20:10           
2020 – Turizm üçün itirilmiş il. (Düşünmən üçün)
Turizm dünya iqtisadiyyatı üçün ən vacib, multiplikativ effekti olan, öz arxası ilə 10-dan çox sahəni aparan sahələrdən biridir. 2018-ci ildə Dünya iqtisadiyyatının, ÜDM-nin 10,8%-i turizmdə formalaşmışdı, turizm bazarının həcmi 8,8 trilyon dollara çatmışdı. Turizmdə və yan sahələrində dünyada 500-600 mln. arası insan çalışırdı. Bəzi ölkələrin ÜDM-də turizmin payı 30%-dən də artıq idi – cümlələrin keçmiş zamanda qurmağımın səbəbi odur ki, bu il turizm “öldü” və nə vaxt diriləcəyi də məlum deyil. Pandemiya insanların düşüncəsinə, davranış qaydalarına ciddi təsir edib, hələ uzun müddət də təsirləri davam edəcək. Bəzi ölkələr iqtisadiyyatlarını turizm üzərinə inşa etdiklərinin altını çəkirlər, məncə, pandemiyadan sonra dünyanən turizm anlayışı da dəyişəcək.

Azərbaycan hökuməti son illərdə turizmi prioritet elan etmişdi, amma bununla bağlı nə planı, nə proqramı, nə rəqib analizi yox idi, bu gün də yoxdur. Turizmi “lüləkababda” görən bir anlayışın şahidi idik və məlum oldu ki, ciddi bazar araşdırması olmadan başlanan bu yoda da dalana dirənmək üzrəyik.
Azərbaycanın ciddi turizm potensialı yoxdur – bunu eriraf edib, sakitləşib, yeganə hədəf kimi ölkədən gedən turist sayı ilə ölkəyə gələn turist sayı arasında balans yaratmağa, vətəndaşlarımızın xaricdə xərclədiyi qədər ölkədə xarici turistlərin pul xərcləməsinə nail olmalıyıq – vəssalam. Yəni, biz ölkə olaraq hədəfləri yüksətsək də, buna çatmağa potensialımız yoxdur. Çünki bazar olaraq regionda rəqiblərimiz qonşularımızdır, bütün reqion ölkələrinin turist qəbul etmək, çəkmək istədiyi ölkələr də eynidir. Cəlbedici hekayəmizin olmaması, tarixi abidələrin kasadlığı, çirkli dəniz, yüksək qiymətlər bizi rəqiblərimiz qarşısında çox gedidən başlamağa məcbur edib və bu geriliyi aradan qaldırmağın yolları, təəssüf ki, yoxdur. Xidmətə, tarixi abidələrə, əsas da dəniz görə Türkiyəyə rəqib ola bilməyəcəyik, mətbəxə, şəraba, təbiətə, uydurulmuş da olsa tarixi hekayələrə (məsələn, “Qızl qoyun dərisi”, Kolxida), pozitiv ölkə imicinə görə Gürcüstana uduzuruq. Bu geriliyi aradan qaldırmaq çox çətin, hətta mümkünsüzdür.

Qonşularımız uduzduğumuz əsas amillərdən biri də “online turizm” alt yapısıdır, hostellərin azlığıdır. Hökumət turizm sevdasının ilk illərində “elirat turizmə” üstünlük verərək 5 ulduzlu və baha otellər tikməyə başladı, amma bu sevda tutmadı, yenə ərəb turistinə möhtac sistem yarandı. Online əməliyyatlar üçün, əsasan də regionlarda alt yapı yox dərəcəsindədir. Post-pandemiya dövrünün ən vacib elementi “fərdi turizm” olacaq – şəxslər, ailələr fərdi qaydada İnternetlə bütün sifarişləri edərək özləri fərdi “turizm agenti” olacaqlar, zatən bu tendensiya 10 ildir inkişaf edirdi, indi isə turizm normasına çevriləcək. Turizm şirkətləri yavaş-yavaş tarixə qovuşacaq – biz buna hazırıqmı?! Təbii ki, yox.

Ölkə turizmdə fərq yaratmaq üçün bəzi məsələlərə açıq olmalıdır, demirəm bunu edək, ya yox – amma yüngül narkotiklərin və fahişəliyin leqallaşması, kazinoların açılması baş verməsə ölkənin turizmdə ciddi pul qazanmaq imkanları olmayacaq. Bir daha: Demirəm ki, bunlar olsun, amma olmasa, cəmiyyət buna hazır deyilsə, qəbul etməsə turizmdə irəliləyiş mümkün deyil.

Gələk 2020-ci ilə, mənasız, əsas da məzmunsuz və məntiqi olmayan karantin rejimi artıq sürdürüləbilər deyil, vətəndaşların acil stress atmağa, dincəlməyə, yəni, heç olmasa regionlara getməyə, qohum-əqrabada qalmağa imkanı olmalıdır. Dənizə getmək, günəşlənmək üçün son 45 günümüz var, əgər yumşalma olmasa insanların psixoloji durumu, sağlamlığı ciddi təhdid altında olacaq. Yayda dincələ bilməyən, immun sistemini möhkəmləndirə bilməyən toplum payızın sonu və qışda kütləvi şəkildə KRX (kəskin respirator xəstəlik) yoluxacaq. Bunun fəsadları çox ağır ola bilər.
Qısası, bu gün AB ölkələri, Rusiya öz sərhədlərini həm də ona görə qısqanclıqla açırlar ki, öz vətəndaşları pulu başqa yerdə xərcləməsinlər, vəsait AB ölkələrində, və ya Rusiyada qalsın. Bu il Türkiyədə də reklam çartxlarının əsas ünvanı daxili turistlərdir – bu yolla tirizm sektorunu “ölümdən” xilas etməyə çalışırlar. Bizdə karantin ciddi yumşalmalıdır ki, yayın son 45 günündə daxili turizm hesabına bu sektor tam can verib tarixə qovuşmasın. Belə...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.