Dövlət qurumlarının sayını iki dəfə azaltmaq olar

18-01-2016, 12:04           
Dövlət qurumlarının sayını iki dəfə azaltmaq olar
Dövlət qurumlarının sayını iki dəfə azaltmaq olar
Hafta.az-ın verdiyi xəbərə görə, qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb.

Bəs bundan sonra necə olacaq? Büdcə kəsirləri fonunda qaçqınlara ayrılan pullara da qənaət edilə bilərmi? Bunun qarşısını almaq üçün alternativ yollar varmı?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, 4 illik qənaət rejimi sosial statusu heç də yaxşı olmayan məcburi köçkünlərin vəziyyətinə neqativ təsir edə bilər. Ekspertin sözlərinə görə, öz ev-eşiyini itirmiş məcburi köçkünlərin aldığı istənilən yardımın nəinki ləğvi, hətta azaldılması belə heç bir halda bu gün müzakirə mövzusu olmamalıdır:

“Qənaət sosial yardımların ixtisarı kimi başa düşülməməlidir. "Kəmərsıxma" struktur islahatları hesabına büdcədən ayrılan vəsaitlərin optimallaşdırılması ilə hədəflənməlidir. Komitə 40 milyon manat qənaət ilə bağlı təkliflər hazırlayıb. Halbuki, yalnız bir lazımsız və iqtisadiyyatın inkişafına maneə olan dövlət qurumun ləğv edilməsi ildə bundan ən azı 4 dəfə çox qənaətə imkan yarada bilər. Azərbaycanda fəaliyyət göstərən 43 fərqli dövlət qurumlarının sayının ən azı 2 dəfə azaldılması mümkündür. Regional inkişafa heç də xeyir gətirməyən rayonların birləşdirilməsi yolu ilə saylarının azaldılması da qənaətə imkan verə bilər. Bunlar həm dövlət vəsaitlərinə qənaət və həm də çevik idarəetmi sistemi əldə etmək imkanı demək olacaq. Əksər sektorlarda bir-birini təkrarlayan qurumlar var. Onların inzibati binası, xidməti avtomobilləri və digər heç də lazımlı olmayan xərcləri var. Qənaət məhz bu qurumların ləğvindən başlamalıdır, məcburi köçkünlərin pullarının kəsilməsindən yox”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.