Yarım milyarda yaxın vəsait və karantinin uzadılması istəyi

28-08-2020, 00:02           
Yarım milyarda yaxın vəsait və karantinin uzadılması istəyi
Bu il dövlət büdcəsindən ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə ayrılan vəsait 427 milyon 650 min manat olub, geri qaytarılmamaq şərtiylə. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsini Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" (ATT) Açıq Səhmdar Cəmiyyəti həyata keçirməlidir. Hal-hazırda pandemiya zamanı heç bir iş görməyən şirkətlər (özlərinə aid) necəsə tenderlərin qalibi olurlar. Qurumun əsas iş mexanizmi uşaq bağçalarına, xəstəxanalara, hərbi hissələrə ərzaq paylamaqdır. Geydirmə və keyfiyyətsiz malları baha-baha sırıyırlar uşaqlara, əsgərlərə, pasientlərə, əvəzində pul silirlər.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Quad İbadoğlu deyib. Daha sonra Qubad İbadoğlu deyir:
"Aqrar Tədarük və Təchizat" (ATT) Açıq Səhmdar Cəmiyyətinin əvvəlki sədri, hazırki idarə heyətinin üzvü kim olsa yaxşıdır? Leyla İlqar qızı Məmmədova. Bəs o kimdir?
Deputat Məlahət İbrahimqızının bacısı qızı. Deputat bu gün mətbuata açıqlama verib ki, xüsusi karantin rejimi uzadılmalıdır. Məlahət xanımın bütün qohum-əqrabası vəzifədədir, hamısı xalqın büdcəsini bax yuxarıdakı faktlar kimi talayırlar, əlbəttə ona karantin rejimi sərf edəcək və o sizin ağır durumunuzu düşünməyəcək və bu cür mənasız, xalqın ziyanına olan açıqlamalar edəcək.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.