SOCAR-ın ümumi borcu 8,2 milyard dollardır – Moody’s

24-01-2016, 00:36           
SOCAR-ın ümumi borcu 8,2 milyard dollardır – Moody’s
Moody`s Beynəlxalq reytinq agentliyi hesab edir ki, SOCAR-ın 500 mln. dollar məbləğində avrobondlar alması şirkətin kredit portfelinə təsir etməyəcək, deyə agentlik bildirir.

SOCAR ödəniş müddəti 2017-ci il olmaqla, 500 milyon dollar məbləğində avrobondların alınmasını elan edib. Alış zamanı gəlir nominala nisbətdə 2 faiz olacaq. ($1000 nominala $20). Təklif yanvarın 26-na qədər qüvvədə olacaq və yanSövdələşmənin meneceri “Deutsche Bank” seçilib.

SOCAR qiymətli kağızlarının sahiblərinə nominalın 102%-I ilə almağı təklif edib.

“Şirkət 30 iyun tarixinə təxminən 2,7 mlrd. dollar nağd vəsaitlə möhkəm likvidliyə sahibdir ki, bunun da 89%-ni xarici valyutada vəsaitlər təşkil edib. Həmin tarixə SOCAR-ın borcu 8,2 mlrd. dollar təşkil edib ki, bunun da 91%-i xarici valyutadadır. Şirkətin nağd vəsaitləri 2015-ci il iyunun 30-na 2,6 mlrd. dollar məbləğində olan qısamüddətli borcun həcminə uyğun gəlir”, – deyə məlumatda bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.