Humanitar atəşkəs dövründə Gəncədə ermənilərin törətdiyi hərbi cinayət, insanlığa qarşı terror hər kəsi hərəkətə gətirməlidir.

12-10-2020, 00:02           
Humanitar atəşkəs dövründə Gəncədə ermənilərin törətdiyi hərbi cinayət, insanlığa qarşı terror hər kəsi hərəkətə gətirməlidir.
Humanitar atəşkəs dövründə Gəncədə ermənilərin törətdiyi hərbi cinayət, insanlığa qarşı terror hər kəsi hərəkətə gətirməlidir.
Odur ki, 5 qeydimi bölüşürəm.
Teref.az xəbər verir ki, bunu ADR hərəkatının sədri Qubad İbadoğlu yazıb.
Birincisi, Qondarma Dağlıq Qarabağın "Ombusman"ı müharibə dövründə insan haqları ilə bağlı ikinci hesabatını yayıb, hər gün də dəfələrlə açıqlama verir, beynəxlalq mətbuatda da ona istinadlar edilir, bizdə ermənilərin münaqişədən kənar yaşayış məntəqələrinə raket zərbələri nəticəsində ölən mülki şəxslər, yaralananlar, dağıdılan mülki obyektlər və yarasız hala düşən yaşayış evlərinə dair məlumatları Baş Prokurorluq açıqlayır. Hesab edirəm ki, bütün bunlarla bağlı açıqlamaları Azərbaycanı ombudsmanı da verməlidir.
İkincisi, bugün qondarma Dağlıq Qarabağın "parlament"i İran, Rusiya və Ermənistanın birlikdə anti-terror Koalisiyası yaratmaq təklifi ilə çıxış edib. Milli Məclis niyə toplanıb, onlara qaşrı qərarlar qəbul etmir, bəyanatlar vermir, Gəncədəki hərbi cinayətə, terrora münasibət bildirmir?
Üçüncüsü, bütün rəsmi açıqlamalar İlham Əliyev və Hikmət Hacıyev adından getməli deyil. Hardadır baş nazir, Əli Əsədov? Spiker Sahibə Qafarova?
Dördüncüsü, hardadır ziyalılar, incəsənət adamları, Nobel sülh mükafatına nominasiya olunan Qafqazın şeyxi? Zori Balayanlar, Aznavurlar, Kardaşyanlar susmurlar, bizimkilərdən səs çıxmır. Məgər bu boyda ölkənin tanınmışları, aydınları yoxdur?
Beşincisi, açın interneti, belə olmaz, sosial şəbəkələrdə uduzuruq, xaricdə yaşayan azərbaycanlıların ümidinə qalmışıq. Onların resursları da güclü erməni lobbisinin qarşısında zəifdir, çünki, Azərbaycandan dəstək gəlmir. Səsimizi çatdırmaq üçün internetimiz olmaldır, müharibə yalnız hərbi xarakter daşımır, həm də informasiya müharibəsi gedir, bizim mövqeyimizi operativ çatdırmaq və gücləndirmək üçün internet olmalıdır.
Cənablar və xanımlar, bu vətən müharibəsidir, hamı ayaqda olmalıdır, hər kəsin səsi çıxmalıdır!
Dəyərli dostlar, əziz izləyicilər, inanın ki, bütün bunları müxalif məqsədlə deyil, Azərbaycanın haqq səsinin daha gur çıxması və güclü olması üçün yazıram.
Odur ki, sizdən bu açıqlamanı hazırki həsas durumda, hərbi vəziyyətdə siyasiləşdirməməyinizi və anlayışla qarşılamağınızı xahiş edirəm.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.