Düşmənin hava hücumundan müdafiə sistemlərinin 80% -i məhv edilib - Avia.pro

12-10-2020, 11:27           
 Düşmənin hava hücumundan müdafiə sistemlərinin 80% -i məhv edilib - Avia.pro
Ermənistanın Azərbaycana qarşı son təxribatları nəticəsində Dağlıq Qarabağda başlayan döyüşlər zamanı düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.
Azvision.az xəbər verir ki, bunu “Avia.pro” saytı məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 27-dən sonra Qarabağda baş verən müharibənin ilk iki həftəsi separatçıların hava hücumundan müdafiə sistemlərinin irimiqyaslı itkilərinə səbəb olub. Mənbə bildirir ki, bu dövrdə S-300 “Favorit” kimi qabaqcıl zenit-raket kompleksləri də daxil olmaqla, Dağlıq Qarabağ ərazisində Ermənistana məxsus qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin 80% -i Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Məlumata görə, döyüşlərin əvvəlində Azərbaycana məxsus PUA-lar işğal edilən ərazilərin üzərində taktiki gedişlərin həyata keçiriməsində çətinlik çəksə də, hazırda Azərbaycan Ordusunun PUA-ları Qarabağın bütün ərazisini asanlıqla tədqiq edə bilir. Separatçıların bu cür hədəflərlə mübarizə aparmaq üçün hərbi vasitəsi yoxdur.

“İki həftə ərzində separatçılar Dağlıq Qarabağdakı hava hücumundan müdafiə sistemlərinin 80% -ni itirib və bu da Azərbaycan aviasiyasının bölgədə praktik olaraq sərbəst fəaliyyət göstərməsinə imkan verir. Məhz bu səbəbdən rəsmi Bakı işğal edilən ərazilərin azad edilməsi üçün heç bir manea hiss etmədən raket zərbələri endirə bilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.