Fransa mətbuatı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumundan yazıb (FOTO)

13-10-2020, 06:47           
Fransa mətbuatı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumundan yazıb (FOTO)
Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub.

Trend xəbər verir ki, Fransa mətbuatı ermənilərin gecə mülki yaşayış zonası olan Gəncəni bombalanması nəticəsində 9 nəfərin öldüyünü və 30-dan çox yaralının olduğunu qeyd edib.

Bildirilib ki, humanitar məqsədlər üçün razılaşdırılmış atəşkəs rejiminə riayət olunmayıb və Ermənistan gecə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc sakinlərini bombardman edib.

Məlumat Azərbaycan Xarici İşlər nazirinin “Twitter” hesabına istinadən dərc edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru