Bir millətin qürurunu bundan artıq nə ilə sındırmaq olar görəsən?- Qarabağ əlili metro qarşısında........FOTO
24-01-2016, 15:28
teref.aznun poçtuna gələn bu şəkil və bu yazını sizə təqdim edirik:
"Elnur Əfəndiyevdir. Birinci qrup Qarabağ əlili... Bizə görə itirib tən yarısını.
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğruda sağlamlığını itirmiş vətən oğullarının bu vəziyyətini görəndə hərdən azərbaycanlı olduğuma görə utanıram. Bu gün Azərbaycanda əlillərin vəziyyətini göstərən bu fotoqrafı feys fəallarından biri paylaşıb. Bəli Qarabağ əlillərinin vəziyyəti heç də bundan yaxşı deyil Ən azından bu adam dilənərək bəzi ürəyi yumşaq adamların xeyirxahlğına güvənmək istəyir. Lakin çoxları bunuda özlərinə sığışdırmır və ölümü bundan üstün tutur.
1990- 92-ci illərdə Müdafiə Nazirliyi könnüllü özünümüdafiə dəstələrini öz balansına və qeydiyatına salana qədər vuruşaraq əlil olmuş insanlara bu gün minimumla ödənilir.
Könüllü vuruşub əlil olmuş bir 1-ci qrup Qarabağ əlili 220 manat ,2- ci Qrup Qarabağ əlili isə 160 manat pensiya alır.
Bu pensiya alan əlil siz biləni dilənçikdən başqa nə edə bilər.
Düzdür indi bu şəkilə baxıb çoxları ürək ağrıdan sozlər deyəcək. lakin güya dünən və ya srağa gün bu şəkil olmayanda vəziyyətin belə olduğunu bilmirdiniz?
Hökumət isə illərlədir əlillərin və şəhidlərin qan pulusunu ( sığorta pulu) vermir. Qanunda hanısa dəlmə deşik tapıb gizləniblər orda.
Qanularda əlillərlə bağlı o qədər boşlulaq var ki, saymaqla qurtarmaz. Əlillərə maşın veriblər, amma bir nəfərdə bu əlilə deyə bilmir ki, bu maşını nə ilə saxlasın. Necə təmir elətdirsin. İki ayağıda olmayan əlilə maşınını park etməyə bir yer görsədən yoxdur. Bu əlil aptekə getmək üçün maşınını 1 km uzaqlıqda saxlamalıdır. Heç bir xəstəxanalarda sənin əlilliyinə baxan yoxdur. Pul verməsən heç qapıdan içəri buraxmırlar. İndi siz deyin bütün bunlar yeni faktlardırmı ki, siz təəccüb edsiniz?
Nə qədər ki, bu əlillərin problemiəri insanlara toxunmur hamı onlara yanır, lakin hansısa bir əlil kiminsə maraqlarına toxunan kimi nə mərəkə qopacaq onu bir Tanrı bilir........
Biz ölüləri sevən millətik, onuda sözdə, dildə. O xiyabanda uyuyan şəhidlərimizin yarımcan səngər yoldaşları indi buyurun metro qarşısında dilənirlər!!Bir millətin qürurunu bundan artıq nə ilə sındırmaq olar görəsən???? İslam."
P.S. 2 qrup Qarabağ əlili olaraq burda yazılanlarla tam razıyam!!
Nurəddin Xoca