Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından azad olunsun- Qubad İbadoğlu

14-10-2020, 07:30           
Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından  azad olunsun- Qubad İbadoğlu
Dostlar, Nazirlər Kabinetinə, Milli Məclisə və İqtisadiyyat Nazirliyinə vacib və aktual 2 təklifim vardır.
1. Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından azad olunsun. Bilirsiniz ki, MDB ölkələrindən, o sıradan Rusiyadan gətirilən mallara gömrük rüsumları tətbiq olunmur. Niyə Türkiyədən gələn mallara ƏDV ilə yanaşı 15 faizə qədər gömrük rüsumları tətbiq olunmalıdır. Ermənilərə dəstək verən Rusiyaya gömrük rüsumlarına görə güzəşt olduğu halda Türkiyəyə nədən olmasın?. Hesab edirəm ki, mənşə sertifikatı təqdim edilən Türkiyə istehsalı olan bütün mallara və xidmətlərə idxal zamanı gömrük rüsumları hesablanmamalıdır. Bildiyim qədər Milli Məclis 31 may 2020-ci ildə "Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi"ni təsdiqləyib. Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapıb. Bu güzəştin yalnız 15 adda seçilmiş mallara deyil, bütün idxal mallarına tətbiqi Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin inkişafına və ölkəyə daha çox türk malının gətirilməsinə səbəb ola bilər. Bu həmçinin türk istehsalı olan malların qiymətlərinin də ucuzlaşmasını şərtləndirərdi. Bununla biz keyfiyyətsiz Çin mallarının idxalının qarşısını ala bilərik. Odur ki, söz əlaqədar dövlət orqanlarınındır.
Teref.az xəbər verir ki, bunu ADR hərəkatılnın sədri Qubad İbadoğlu deyir. Daha sonra Qubad İbadoğlu yazır:
2. Təklif edirəm ki, istehlakçılara geri qaytarılan ƏDV bu il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna köçürülsün. Bu həmin Fonda ən azı 10 milyon əlavə vəsait cəlb edilməsinə imkan verir. Onsuz da Edevegerial.az sistemi yaxşı işləmir, istehlakçılar ƏDV-lərini geri ala bilmirlər. Düşünürəm ki, bu da hər kəsdən Silahlı Qüvvələrə Yardım Fonduna maddı dəstək olardı.
Dostlar və izləyicilər, çalışaq ki, bunu kampaniyaya çevirək, yoxsa hökümətə təris edə bilməyəcəyik. Xüsusilə də bəzi ölkələrin türk mallarını boykot etdiyi, türk lirəsinin dəyərdən düşdüyü bu həsas zamanda çox vacibdir. Odur ki, xahiş edirəm, bəyənin və çox paylaşın ki, əlaqədar dövlət orqanlarını hərəkətə gətirə bilək.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.