Ondan sonra sizlərin hər birini qədim yaşayış məskəninə ekskursiyaya dəvət edəcəm.

16-10-2020, 00:04           
Ondan sonra sizlərin hər birini qədim yaşayış məskəninə ekskursiyaya dəvət edəcəm.
Baxın, xilaskar Azərbaycan ordusu Füzuli rayonunun mərkəzini mühasirəyə alıb. Bugün elan olunan kəndlər Füzuli şəhərindən yüksəkdə və ondan şimaldadır. Bircə Məngələnata yüksəkliyi qalıb.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır.Daha sonra Qubad bəy yazır:
Ermənilər sentyabrın 27-də Füzuli şəhərini tərk edib, həmin yüksəklikdə qərar tutmuşdular. Məngələnatanın arxası Qırmızı Bazardır, ordan da Şuşaya 40 km. qalır.
Xəritədə görsənən Tuğ kəndini alandan sonra Azıx mağarasını da götürəcəyik. Ondan sonra sizlərin hər birini qədim yaşayış məskəninə ekskursiyaya dəvət edəcəm.
Müzəffər ordumuzun sayəsində tezliklə yeni və böyük şad xəbərlər alacagıq.
Allah rəşadətıli əsgər, qəhrəman zabitlərimizi qorusun, qalibiyyətə aparan yollarını açıq və aydın etsin. Dualarımızı əsirgəməyək!
Teref.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru