"Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır” - Prezidentin köməkçisi

15-10-2020, 23:00           
"Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır” - Prezidentin köməkçisi
“Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub”.

Pravda.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında məlumat verib.

O bildirib ki, ölkəmizin qanunlarına əsasən muzdlu cəlb etmək cinayətdir: “Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru